Tibbi xəbərlər
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı
Tibbi xəbərlər
315

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 21% artıb

Bu ilin yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən E-saglam.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 21,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 11,4 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,6 faiz azalıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun