Tibbi xəbərlər
Azərbaycanda ev heyvanları üçün baytarlıq pasportunun forması təsdiqlənib
Tibbi xəbərlər
592

Azərbaycanda ev heyvanları üçün baytarlıq pasportunun forması təsdiqlənib

“İt, pişik və digər ev heyvanları üçün baytarlıq pasportu”nun forması təsdiq edilib.

Bu barədə E-saglam.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA ev heyvanlarına baytarlıq pasportlarının verilməsini təmin edəcək və müvafiq pasport verilmiş heyvanların uçotunu həyata keçirəcək. Ancaq beynəlxalq standartlara uyğun olaraq xarici ölkələrə məxsus baytarlıq pasportları olan it, pişik və digər ev heyvanlarının xarici ölkəyə aparılması zamanı isə baytarlıq pasportu tələb olunmayacaq.

“Dövlət rüsumu haqqında” qanuna əsasən, baytarlıq pasportunun verilməsi ilə bağlı hüquqi və fiziki şəxslərə xidmətlərin göstərilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyənləşib.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun