Tibbi xəbərlər
Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ olub
Tibbi xəbərlər
181

Azərbaycanda iftar məclisində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ olub

Göyçayda kütləvi zəhərlənmə olub.

E-saglam.az xəbər verir ki, hadisə aprelin 18-i Göyçay şəhəri, Nizami Gəncəvi küçəsindəki "Zeynəb" restoranında qeydə alınıb. Oradakı iftar süfrəsində iştirak edən 10 nəfər məclisdən sonra özlərini pis hiss ediblər. Onların hər biri bu gecə saat 1 radələrində rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, zərərçəkmişlərin pomidordan zəhərləndikləri bildirilir.

Onların hər biri xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun