Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB
Tibbi xəbərlər
193

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 413 yeni yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 319 nəfər müalicə olunaraq sağalıb, 8 398 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 555, bu günə qədər isə ümumilikdə 5 889 656 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun