Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB
Tibbi xəbərlər
290

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 553 yeni yoluxma faktı qeydə alınıb, 736 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 603 055 nəfər müalicə olunaraq sağalıb, 8 409 nəfər vəfat edib. 7 454 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 527, bu günə qədər isə ümumilikdə 5 899 183 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun