Tibbi xəbərlər
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB - Ölüm halı qeydə alınmayıb
Tibbi xəbərlər
244

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANIB - Ölüm halı qeydə alınmayıb

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 867, bu günə qədər isə ümumilikdə 6 735 182 test icra olunub.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun