Tibbi xəbərlər
Azərbaycanda süni mayalanma dövlət vəsaiti hesabına olacaq
Tibbi xəbərlər
487

Azərbaycanda süni mayalanma dövlət vəsaiti hesabına olacaq

Azərbaycanda süni mayalanma dövlət vəsaiti hesabına olacaq.

“Ailələrə süni mayalanma ilə bağlı dövlət hesabına bir dəfə şans veriləcək”. 

E-saglam.az-ın məlumatına əsasən, bunu parlamentin plenar iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

“Sonsuzluq probleminin icbari tibbi sığorta hesabına həll edilməsinə baxılması gözlənilir”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, növbəti ildən onkoloji və oftalmoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq.

Əhliman Əmiraslanov qeyd edib ki, bu istiqamətdə müzakirələr aparılır. 

Mənbə: Oxu.Az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun