Tibbi xəbərlər
Azərbaycanda təcili yardım xidməti ödənişli ola bilər? -
Tibbi xəbərlər
462

Azərbaycanda təcili yardım xidməti ödənişli ola bilər? - Açıqlama

Yaxın gələcək üçün əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur.

E-saglam.az xəbər verir ki, bu sözləri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişli olsa da, bu xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur: "Bizim bu gün üçün əsas hədəfimiz tibbi yardımın əhaliyə əlçatanlığını təmin etməkdir. Hazırda ödənişli təcili tibbi yardım xidməti məsələsi gündəmdə yoxdur”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun