Tibbi xəbərlər
Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq - YENİLİK
Tibbi xəbərlər
161

Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq - YENİLİK

Azərbaycanda vərəmlə bağlı laboratoriya yaradılacaq.

Azərbaycanda vərəmin əkilməsi ilə bağlı ölkə səviyyəli referans laboratoriyası yaradılacaq.

E-saglam.az xəbər verir ki, bunu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov “TƏBİB məsləhəti”ndə deyib.

Onun sözlərinə görə, Azərbaycanda vərəm xəstələrinin sayı kritik səviyyədə deyil: "Ancaq bununla belə, vərəmlə mübarizə istiqamətində görülən işlərə həssas yanaşılmalıdır. Məsələni diqqətdən kənarda qoymaq olmaz. Vərəm 60-70 % hallarda ağciyərləri tutur, tənəffüs yolları xəstəliyi kimi bilinir. Ağciyərdən kənar orqanların vərəmə yoluxması ehtimalları da az deyil”.

A.İsmayılov bildirib ki, laboratoriya vərəmin diaqnostikasında istifadə olunan ən vacib müayinə üsullarından biridir: “Artıq yeni laboratoriyanın açılması ilə bağlı işlər gedir və yaxın gələcəkdə fəaliyyətə başlayacaq”.

Hazırladı: Report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun