Tibbi xəbərlər
“Bakı Metropoliteni” əməkdaşlarının neçə faizi vaksinasiya edilib?
Tibbi xəbərlər
218

“Bakı Metropoliteni” əməkdaşlarının neçə faizi vaksinasiya edilib?

“Bakı Metropoliteni” əməkdaşlarının neçə faizi vaksinasiya edilib?

E-saglam.az-ın xəbərinə görə,  “COVID-19 pandemiyası dövründə əməkdaşların 97,37 %-i iki doza üzrə peyvənd olunub. 16 işçidə immunitet, 55 işçinin əks-göstəriş sertifikatı var”.

“Bakı Metropoliteni”ndən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməkdaşların 56,22 %-i 3-cü (buster) doza ilə peyvənd olunub.

Qeyd edilib ki, peyvənd olunma müvafiq qaydalara uyğun olaraq könüllülük əsasında davam etdirilir:

“2-ci dozanın vurulma tarixindən 150 gün (5 ay) və daha artıq müddət keçən əməkdaşların 3-cü dozanın vurulması üçün rahatlığını təmin etmək məqsədi ilə korporativ sosial məsuliyyət çərçivəsində “Bakı Metropoliteni” QSC-nin obyektlərində də şərait yaradılır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun