Tibbi xəbərlər
Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb
Tibbi xəbərlər
216

Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb

Bakıda çağırışa gedən həkimin ayağı qatarın altında qalıb.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda, Səngəçal qəsəbəsində qeydə alınıb. Təcili Tibbi Yardım stansiyasının həkimi, 1971-ci il təvəllüdlü Quliyev Vuqar Bəyazəddin oğlu dayanmış vəziyyətdə dayanan qatarın altından keçərkən qatar hərəkətə başlayıb. Bu zaman həkimin ayağı qatarın altında qalaraq ağır xəsarət alıb.

V.Quliyev xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun