Tibbi xəbərlər
Bakıda yerləşən bu apteklərdə nöqsanlar aşkarlandı
Tibbi xəbərlər
1924

Bakıda yerləşən bu apteklərdə nöqsanlar aşkarlandı

Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəz tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə bir planlı və bir plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.

Yoxlamalar zamanı dörd aptekdə nöqsan aşkarlanıb, doqquz adda dərman vasitəsi (38 qutu) müsadirə edilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun