Tibbi xəbərlər
Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb
Tibbi xəbərlər
208

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb

Bayram günlərində KTM-ə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.

Bayram günlərində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 72 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən E-saglam.az-a verilən məlumata görə, onlardan 15-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Şöbəyə qəbul olunan xəstələrdən 8-i qadın, 6-sı kişi, 1-i uşaq olmaqla 6-sı dərmandan, 5-i sirkə turşusundan, 2-si etanoldan, 1-i ilan sancmasından zəhərlənib. 1 nəfər isə allergik reaksiya səbəbindən şöbəyə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, sirkə turşusundan zəhərlənən 1 nəfər (qadın) dünyasını dəyişib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun