Tibbi xəbərlər
Beyniniz dumanlıdırsa, bədəninizdə
Tibbi xəbərlər
178

Beyniniz dumanlıdırsa, bədəninizdə bu çatışmır

D vitamini immunitet funksiyası, sümük sağlamlığı və əhval-ruhiyyənin tənzimlənməsi üçün vacibdir.

E-saglam.az-ın verdiyi məlumata görə, onun çatışmazlığı yorğunluq, əhval dəyişikliyi, sümük ağrıları, saç tökülməsi və tez-tez infeksiyalar kimi problemlərə səbəb ola bilər.

Yorğunluq və sümük ağrıları

D vitamini çatışmazlığı davamlı yorğunluğa və əzələ zəifliyinə səbəb ola bilər. Sümüklərdə və oynaqlarda ağrılar, hətta qırıqlar kimi problemlər də bu çatışmazlığın nəticəsidir.

Saç tökülməsi və immunitet problemləri

D vitamini çatışmazlığı saçların incəlməsinə və tökülməsinə səbəb ola bilər. Bundan əlavə, bu vitamin immunitet sistemini dəstəkləyir, onun çatışmazlığı tez-tez infeksiyalara yol açır.

Beyin dumanı və yaraların gec sağalması

Diqqəti toplamaqda çətinlik və "beyin dumanı" adlanan zehni yorğunluq da D vitamini çatışmazlığı ilə əlaqələndirilir. Aşağı səviyyədə D vitamini yaraların gec sağalmasına da təsir edir.

D vitaminini necə artırmaq olar?

- Günəş işığından faydalanın.

- Yağlı balıq, yumurta sarısı və süddən istifadə edin.

- Doktor məsləhəti ilə əlavələr qəbul edin.

Balanslı pəhriz, nizamlı məşq və yaxşı yuxu D vitamini səviyyənizi artırmağa və sağlamlığınızı qorumağa kömək edəcəkdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun