Tibbi xəbərlər
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına
Tibbi xəbərlər
1397

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

E-saglam.az "Report"un Muğan bürosuna istinadən məlumat verir ki, xəstəxananın baş həkimi vəzifəsi Asif Əhmədova həvalə olunub.

A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bundan öncə baş həkim vəzifəsində Zakir Xammədov çalışıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun