mRNA texnologiyası, son bir neçə ildə tibbdə inqilab etdi. COVID-19-a qarşı da təsirli olan mRNA texnologiyası xərçəng xəstələri üçün də ümid oldu.
E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın BioNTech biotexnologiya şirkətinin həmtəsisçisi və Baş İcraçı Direktoru Prof. Dr. Uğur Şahin, ilk mRNA əsaslı xərçəng peyvəndinin 2030-cu ildən əvvəl təsdiqlənməsini gözlədiyini açıqladı: "2025-2029-cu illərdə başqa müdaxilələr üçün mübarizə planımız var".
O, məqsədlərinin hər bir xəstə üçün spesifik xüsusiyyətləri inkişaf etdirmək olduğunu vurğulayıb: "Bunun üçün hər bir xəstənin spesifik xüsusiyyətlərini təhlil edir və immun sisteminin mümkün qədər çox hüceyrəni tanımasını və məhv etməsini təmin edirik" dedi.
Antikor-dərman konjugatlarının (ADC) da ümid qaynaqlarından biri olduğunu bildirən Uğur Şahin onu da qeyd edib ki, ADC-lər kimyaterapiya daşıyan anticisimlərdir: "Əminəm ki, bir neçə ildən sonra ADC bir çox hallarda klassik kimyaterapiya yerinə hədəflənmiş kimyaterapiya olaraq istifadə ediləcək".
Tərcümə etdi: Könül Oruc