Tibbi xəbərlər
Böyük Britaniyada arıqlama dərmanı
Tibbi xəbərlər
245

Böyük Britaniyada arıqlama dərmanı 80-dən çox insanın ölümünə səbəb oldu

Böyük Britaniyada 80-dən çox insan arıqlamaq üçün istifadə etdiyi dərmanlardan sonra ölüb.

E-saglam.az xəbər verir ki, həmin preparatlar arasında Danimarkanın “Novo Nordisk” şirkətinin istehsal etdiyi Ozempic və ABŞ-ın “Eli Lilly” əczaçılıq şirkəti tərəfindən istehsal olunan Mounjaro dərmanları var. Bu preparatlardan istifadə etmiş təxminən 400 nəfər xəstəxanaya yerləşdirilib.

Ozempic (semaqlutid) diabet dərmanıdır və 2017-ci ilin dekabrında ABŞ-da FDA tərəfindən təsdiq edilib.

Harvard Universitetində aparılan bir araşdırma semaqlutid əsaslı dərmanların potensial olaraq görmə qabiliyyətinin itirilməsinə gətirib çıxardığını müəyyən edib.(Azərtac)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun