Qəhvə bir çox insanın sevimli içkisidir.
E-saglam.az xəbər verir ki, lakin qəhvə ilə bağlı düzgün məlumatları çox az adam bilir.
Amerikalı alimlərin araşdırması göstərib ki, qəhvə içdikdən sonra bağırsaqlar daha da aktivləşir. Buna isə səbəb kofein deyil, qastrin hormonudur.
"The Mirror"da dərc edilən bir araşdırmada qəhvənin bağırsaq əzələlərinin aktivliyinə təsir etdiyi göstərilir.
Alimlərin fikrincə, insanların təxminən 30%-ində qəhvə içmək işlədici təsirə malikdir.
Üstəlik, mütəxəssislər siçovullar üzərində araşdırma aparıb və müəyyən ediblər ki, bu içkidən istifadə etməyən gəmiricilərin nəcisindəki bakteriyaların sayı daha çoxdur.
Belə ki, qəhvə antibakterial xüsusiyyətlərə malikdir və bu içkini qəbul edən insanların həzm yolları daha təmiz olur.
Tərcümə etdi: Könül Oruc