Tibbi xəbərlər
Bu il Azərbaycana 1 milyon 200 min doza “CoronaVac” vaksini gətirilib
Tibbi xəbərlər
229

Bu il Azərbaycana 1 milyon 200 min doza “CoronaVac” vaksini gətirilib

Bu il Azərbaycana 1 milyon 200 min doza “CoronaVac” vaksini gətirilib.

Bu ilin yanvar ayında təsdiq olunmuş müqaviləyə əsasən Azərbaycana 1 200 000 doza “CoronaVac” vaksini gətirilib. Müəyyənləşdirilən tələbata uyğun olaraq 2022-ci ildə təsdiq olunmuş müqaviləyə əsasən, Azərbaycana daha 2 080 000 doza vaksinin gətirilməsi nəzərdə tutulub.

E-saglam.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, onlardan 2 000 000 doza "CoronaVac", 80 000 doza isə "Sputnik V" vaksinidir.

Eyni zamanda qeyd edilib ki, Azərbaycana gətirilən Biontech/Pfizer vaksininin istifadə tarixi 31 iyula qədərdir:

“Təsdiq olunmuş müqaviləyə əsasən 2021-ci ilin dekabr ayının sonunda gətirilmiş 1 344 330 doza Biontech/Pfizer vaksininin istifadə tarixi 31 iyul 2022-ci ilə qədərdir. Agentlik ölkənin müvafiq qurumları tərəfindən müəyyənləşdirilən tələbata uyğun vaksin alışını həyata keçirir”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun