Tibbi xəbərlər
Çindən sonra Qazaxıstanda da metapnevmovirusa
Tibbi xəbərlər
1121

Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma qeydə alındı

Çindən sonra Qazaxıstanda da metapnevmovirus infeksiyasına yoluxma halları qeydə alınıb.

E-saglam.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin "Telegram" kanalında məlumat verilib.

Qeyd olunur ki, epidemiya başlayandan 8 360 xəstəlik halı aşkarlanıb ki, onlardan 30 nəfəri metapnevmovirusa yoluxub.

Bundan başqa, oktyabrın 1-dən Qazaxıstanda ümumilikdə 2 002 335 respirator virus KRVİ və 941 laborator təsdiqlənmiş qrip hadisəsi qeydə alınıb.(oxu.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun