Tibbi xəbərlər
Daha bir aptekdə nöqsanlar aşkarlanıb,
Tibbi xəbərlər
256

Daha bir aptekdə nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

Salyanda fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb.

Bu barədə E-saglam.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin əməkdaşları Salyan şəhəri, Y.Qasımov küçəsində fəaliyyət göstərən, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus “Salyan 20” aptekdə yoxlama keçirib.      

Baxış zamanı aptekin anbar sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, zəruri təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı iaşə obyektinin rəhbəri Mehdiyev Mehdi Əsgər oğlu barəsində inzibati protokol tərtib olunub və anbar sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinə nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudiyyət tətbiq edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun