Tibbi xəbərlər
Daha bir ölkədə metapnevmovirus
Tibbi xəbərlər
339

Daha bir ölkədə metapnevmovirus aşkar edildi

Rumıniyada da metapnevmovirus xəstəliyinə yoluxma aşkar edilib.

E-saglam.az-ın "Bihoreanul" nəşrinə istinadla məlumatına görə, bu barədə bölgənin İctimai Səhiyyə İdarəsinin rəhbəri Kelin Sonya məlumat verib.

"Bihor bölgəsində bir xəstədə HMPV-nin (metapnevmovirus) ilk halı təsdiqlənib. Kantakuzino İnstitutunda aparılan analizlərdən sonra onun ştamı da müəyyən ediləcək", - deyə o bildirib.

Sonyanın sözlərinə görə, 67 yaşlı pasiyent ölkədən kənara səfər etməyib.

"Bununla əlaqədar bölgənin tibbi qurumları epidemioloji araşdırmaya başlayıb. Pasiyent xəstəxanaya yerləşdirilib və təcrid olunub. Onun vəziyyəti stabildir", - deyə qurumun rəhbəri əlavə edib.

Xatırladaq ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni epidemiya - insan metapnevmovirusu (HMPV) baş qaldırıb. Bu xəstəlik zəifləmiş pasiyentlərdə pnevmoniyaya çevrilə bilir. Çindən başqa Qazaxıstanda və Qırğızıstanda da yoluxma halları barədə məlumat verilib.

© oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun