Hər unutqanlıq təhlükədirmi? Unutqanlığa nə səbəb olur?
E-saglam.az xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Eda Balcı unutqanlığın səbəblərini və unutqanlığa yaxşı təsir göstərən qidaları açıqlayıb. O, insanların gündəlik və ya iş həyatında mənfiliklərə səbəb olan unutqanlığın müasir həyatın gətirdiyi stress, hərəkətsizlik, sosial həyat və düzgün qidalanmamaq kimi səbəblərdən meydana gələ biləcəyini bildirib. Onun sözlərinə görə, bəzi hallarda diabet, beyin zədələnməsi və epilepsiya kimi daha ciddi sağlamlıq problemləri də unutqanlığa səbəb ola bilər. Balıq, qoz, yumurta kimi qidalar unutqanlığa yaxşı təsir göstərir.
Balıq yağı: Balıq və balıq yağları, omeqa 3 yağ turşuları EPA və DHA baxımından çox zəngindir. Omeqa 3 yağ turşularının ən əhəmiyyətli xüsusiyyəti onların psixi sağlamlığa müsbət təsirləridir. Təkcə, psixi funksiyalara deyil, ürək xəstəliklərinə də müsbət təsir göstərir, göz sağlamlığı və xərçəngə qarşı qoruyucu təsirə malikdir. Unutqanlıq, depressiya və yuxu problemləri kimi əlamətləri olan şəxslər omeqa 3 yağ turşularının kifayət qədər qəbul edilməsinə diqqət yetirməlidir. Bu yağ turşuları ilə zəngin balıqların həftədə 2-3 dəfə istehlak edilməsinə diqqət yetirilməlidir.
Qoz: Qoz da balıq kimi omeqa 3 yağ turşuları ilə zəngindir. Bununla da onun unutqanlığa və digər psixi funksiyalara, yaddaşı gücləndirməyə təsiri sübuta yetirilib. E vitamini ilə də zəngin olan qozu gündə 2-3 ədəd qəbul etməklə ehtiyaclarımızı ödəyə bilərik.
Yumurta: Ana südündən sonra ən keyfiyyətli protein qaynağı olan yumurtanın tərkibində B vitamini növü olan xolin var. Kolin beyin inkişafı və bədən funksiyalarının müntəzəm işləməsi üçün vacibdir, çünki sinir və əzələ sisteminin işində təsirlidir.
Qatıq: Qatıq tərkibindəki tirozin sayəsində unutqanlığa qarşı əhəmiyyətli qidalardan biridir. Ayran kimi istifadə edə biləcəyimiz qatıqları süfrələrimizdən qaçırmamağımız ruh sağlamlığımız üçün lazımdır.
İspanaq: A, C, E və K vitaminləri ilə, dəmir, kalsium və maqnezium mineralları ilə zəngin olan ispanaqdan müntəzəm istifadə beyin və ruh sağlamlığı üçün çox təsirlidir. Bilişsel və davranış problemlərinə qarşı fayda verir. Eyni zamanda, ispanaqın təzyiqi aşağı salmasına, mədə və həzm sisteminə faydalarına, immunitet sistemini gücləndirmədə təsirli olduğuna görə mövsümündə istehlak edilməsinə diqqət yetirmək lazımdır.
Qırmızı ət: B12 vitamini çatışmazlığı unutqanlığın ən əhəmiyyətli səbəblərindən biridir. B12 vitamini çatışmazlığından qaynaqlanan unutqanlığın müalicəsində bu vitaminlə zəngin qidaların qəbulu çox əhəmiyyətlidir. B12 vitamini heyvan mənbələrində yüksək miqdarda olduğu üçün qırmızı ət, qaraciyər və süd kimi heyvan mənşəli qidaların istehlakına diqqət yetirilməlidir.
Zərdəçal (sarıkök): Son zamanlar populyarlığı artan qidalardan biridir. Antioksidant və iltihab əleyhinə xüsusiyyətlərinə görə bir çox xəstəliyə qarşı təsirli olan zərdəçal beyində yeni hüceyrələrin əmələ gəlməsini təmin edir və beyin funksiyalarını yaxşılaşdırır.
Yaşıl çay: Araşdırmalar göstərib ki, müntəzəm olaraq istehlak edilən yaşıl çay beyin funksiyalarında demans və unutqanlığa səbəb olan pozğunluqların qarşısını almaqda təsirli olur.
Tərcümə etdi: Könül Oruc