Tibbi xəbərlər
Diş həkimindən xəbərdarlıq: Şəkərdən istifadə edirsinizsə,
Tibbi xəbərlər
298

Diş həkimindən xəbərdarlıq: Şəkərdən istifadə edirsinizsə, yanında mütləq bu qidanı yeyin

Bayram günlərində şəkər istehlakı, xüsusilə uşaqların diş sağlamlığı üçün risk yaradır.

E-saglam.az xəbər verir ki, diş həkimi Hüseyn Ceylan şəkərin ağızdakı bakteriyalar tərəfindən turşuya çevrilərək diş minasını aşındırdığını və çürüməyə səbəb olduğunu bildirib.

Çürük riskini azaltmaq üçün tövsiyələr:

Şəkərdən sonra pendir yeyin – Pendir ağızdakı turşu mühitini tarazlaşdırır, diş minasını qoruyur.

Dişləri tez-tez fırçalayın – Gündə ən azı iki dəfə diş fırçalamaq vacibdir.

Bol su için – Su bakteriyaların çoxalmasının qarşısını alır.

Diş ipindən istifadə edin – Şəkər qalıqlarını təmizləmək üçün vacibdir.

Ceylan pendirin tərkibindəki kalsium və fosfatın dişləri gücləndirdiyini və çürüklərin qarşısını aldığını vurğulayaraq, valideynlərin bayram günlərində bu tövsiyələrə əməl etmələrinin vacibliyini qeyd edib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun