Tibbi xəbərlər
Ən çox ağırlaşmaya səbəb olan kəskin respirator virus infeksiyası hansıdır? -
Tibbi xəbərlər
256

Ən çox ağırlaşmaya səbəb olan kəskin respirator virus infeksiyası hansıdır? - AÇIQLAMA

“Kəskin respirator virus infeksiyaları olduqca çoxdur. Bunların arasında fəsli qrip nisbətən daha təhlükəli olub ağırlaşmalar və əlverişsiz nəticələr ilə fərqlənir”. 

E-saglam.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb. 

Onun sözlərinə görə, bu infeksiyalardan qorunma yolları əsasən qeyri-spesifikdir və hava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün ümumidir (maskanın geyilməsi, əl gigiyenası və s.):

“Qripə qarşı spesifik və effektiv qorunma vasitəsi peyvənddir. Hər il sentyabr-oktyabr aylarında dövriyyədə olan fəsli qrip viruslarına qarşı olunan peyvənd həmin şəxsi növbəti vaksinasiyadək qoruyur”.

Mütəxəssis-ekspert qeyd edib ki, ölkəmizdə hər il Səhiyyə Nazirliyi tərəfindən belə peyvəndlər gətirilərək ambulator-poliklinik müəssisələrə paylanılır və qripə qarşı vaksinasiyanın əhali, birinci növbədə risk qrupları arasında aparılmasına çağırışlar edilir:

“Yadda saxlamaq lazımdır ki, yalnız vaxtında edilən peyvənd bir çox xoşagəlməz fəsadların və ağır nəticələrin qarşısını ala bilər”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun