Tibbi xəbərlər
Fevral ayında KTM-yə zəhərlənmə ilə müraciət edənlərin sayı açıqlanıb, ölənlər var
Tibbi xəbərlər
317

Fevral ayında KTM-yə zəhərlənmə ilə müraciət edənlərin sayı açıqlanıb, ölənlər var

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

Mərkəzdən E-saglam.az-a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) vəfat edib.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun