Tibbi xəbərlər
Gözdə yeni hüceyrələr kəşf edildi!
Tibbi xəbərlər
233

Gözdə yeni hüceyrələr kəşf edildi! Bu, görmə itkisinin həlli ola bilər

Alimlər insan gözündə daha əvvəl məlum olmayan kök hüceyrələr kəşf ediblər.

E-saglam.az xəbər verir ki, bu hüceyrələrin görmə itkisini bərpa etməkdə təsirli ola biləcəyi düşünülür. Kəşf makula degenerasiyası kimi xəstəliklərin müalicəsində ümidverici addım hesab olunur.

Tədqiqatçılar tor qişada iki yeni kök hüceyrə növü müəyyən ediblər: hNRSC və RPE bənzər hüceyrələr. hNRSC-lərin retinal hüceyrələrə çevrilə biləcəyi aşkar edilib. Laboratoriya şəraitində yaradılan toxuma modelləri bu hüceyrələrin inkişafını dəstəkləyib.

Təcrübələrdə siçanların tor qişasına kök hüceyrələr köçürülüb və onların görmə qabiliyyətinin yaxşılaşdığı müşahidə edilib. Bu nəticələr insanlarda göz xəstəliklərinin müalicəsi üçün yeni üsulların inkişafına kömək edə bilər. Lakin effektiv terapiya üçün əlavə araşdırmalar lazımdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun