Min illərdir bütün dünyada dərman olaraq istifadə edilən ən köklü antioksidant yağı olan zəfəran yağının tərkibində sıx və müxtəlif vitaminlər var. Zəfəran yağı nə üçün istifadə olunur?
E-saglam.az xəbər verir ki, eramızdan əvvəl Asiya icmaları tərəfindən kəşf edilən zəfərandan çıxarılan yağ panakeyadır. B vitamini kompleksi yüksək olan zəfəran yağının tərkibində omeqa-3 yağ turşuları da var. Zəfəran yağında olmayan vitamin yoxdur.
Tərkibində hətta təbiətdə xüsusilə nadir olan K vitamini var. Buna görə də bu gün əczaçılıq sənayesində istifadə olunur. Halbuki köhnə illərdə alternativ təbabətin göz bəbəyi idi. Xəstəliklərə dərman olan zəfəran yağı xörək və salatlarda az miqdarda istifadə edilərək su ilə içilirdi.
Güclü antioksidant zəfəran yağının faydaları nələrdir?
- Zəfəran yağı qanda xolesterinin səviyyəsini tarazlaşdırır.
- Bədəni yoluxmuş hüceyrələrdən qoruyur.
- İmmunitet sistemindəki zülalların sayını artırır.
- Bədəndə xərçəngə çevrilməyə meylli olan hüceyrələri deaktiv edərək şiş meydana gəlməsinin qarşısını alır.
- Onun istehlakı boğazı təmizləyir və ağciyərləri yeniləyir.
- Şəkər səviyyəsini balanslaşdıraraq diabet xəstələrinə fayda verir.
- E vitamini sayəsində saç köklərini gücləndirir və saç tökülməsinin qarşısını alır.
- Sümük ağrılarını aradan qaldırır.
Zəfəran yağından necə istifadə etməli?
Zəfəran yağı ehtiyacdan asılı olaraq iki fərqli şəkildə istifadə edilə bilər. Onlardan biri birbaşa dəriyə tətbiq etməkdir. Qüsurlu nahiyəyə pambıq vasitəsi ilə zəfəran yağı sürtmək olar. Bundan əlavə, zəfəran yağı da istehlak üçün əlverişlidir. İnsanlar zəfəran yağı içmək istəyirlərsə, 1 stəkan soyuq suya əlavə etməklə gündə 1 çay qaşığı yağ istehlak edə bilərlər.
Zəfəran yağı saç üçün faydalıdırmı?
Oleik turşusu baş dərisi üçün çox faydalı bir turşudur. Məlumdur ki, zəfəran yağının tərkibində bu miqdarda turşu olduğu üçün saça faydalıdır. Zəfəran yağı saç üçün istifadə edildikdə baş dərisini qidalandırır və qan dövranını artırmağa kömək edir. Bundan əlavə, saçların daha sağlam uzanmasına kömək edir.
Tərcümə etdi: Könül Oruc