Tibbi xəbərlər
Həddindən artıq yağ itirmək,
Tibbi xəbərlər
167

Həddindən artıq yağ itirmək, piylənmə qədər təhlükəlidir

Həddindən artıq arıqlamaq sağlamlıq üçün risklidir. Alimlər yağ itkisinin təhlükələrini və düzgün arıqlama yollarını izah edir.

E-saglam.az xəbər verir ki,  arıqlamaq sağlam həyat tərzinin vacib hissəsi sayılsa da, mütəxəssislər xəbərdarlıq edir ki, həddindən artıq yağ itirmək də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Yeni araşdırmalar göstərir ki, düzgün aparılmayan arıqlama prosesi bəzi hallarda piylənmə qədər risklidir.

Alimlərin fikrincə, yağ toxuması sadəcə artıq çəki deyil. O, maddələr mübadiləsində aktiv iştirak edən və orqanizmdə bir çox funksiyanı tənzimləyən mühüm “orqan” rolunu oynayır. Artıq yağın çoxluğu diabet və ürək xəstəlikləri riskini artırsa da, yağın həddindən artıq azalması da oxşar problemlərə gətirib çıxara bilər.

Araşdırmalar göstərir ki, nadir rast gəlinən lipodistrofiya hallarında bədən yağı ya tam itir, ya da qeyri-normal şəkildə paylanır. Bu vəziyyət isə metabolik pozğunluqlara, o cümlədən diabet riskinin artmasına səbəb olur.

Elif Oral rəhbərliyi ilə aparılan araşdırmada yağ toxumasının zədələnməsi xüsusi olaraq öyrənilib. Tədqiqat çərçivəsində yaradılan model üzərində aparılan analizlər göstərib ki, yağ hüceyrələrində ciddi struktur və funksional pozğunluqlar baş verir.

Tədqiqatçı Jessica Maunq qeyd edib ki, bu proses toxumanın sağlamlığını itirməsinə və zamanla məhv olmasına səbəb olur. Nəticədə orqanizmdə maddələr mübadiləsi pozulur və müxtəlif xəstəliklərin yaranma riski artır.

Mütəxəssislər vurğulayır ki, məqsəd yalnız arıqlamaq deyil, sağlam şəkildə çəki itirməkdir. Yağ toxumasının qorunması və onun funksiyasının düzgün işləməsi ümumi sağlamlıq üçün vacibdir.

Araşdırmanın nəticələri "The Journal of Clinical Investigation" jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun