İnsult həyati təhlükə yaradan təcili tibbi vəziyyətdir və bu zaman göstərilən ilk yardım çox önəmlidir. Mütəxəssislər bildirir ki, yanlış müdaxilə vəziyyəti daha da ağırlaşdıra bilər.
E-saglam.az xəbər verir ki, Nailə Aslam və Emili Hörd The Independent-də yayımlanan açıqlamada insult zamanı edilən 3 əsas səhvi qeyd ediblər.
1. Yemək, içki və ya dərman vermək olmaz
Mütəxəssislərin sözlərinə görə, insult keçirən şəxsin udma funksiyası zəifləyə bilər. Bu səbəbdən yemək, su və ya aspirin kimi dərmanların verilməsi boğulma və ciddi ağırlaşma riski yaradır.
2. Xəstəni təkbaşına xəstəxanaya aparmaq olmaz
Həkimlər xəbərdarlıq edir ki, xəstəni şəxsi avtomobillə daşımaq təhlükəlidir. Vəziyyət qəfil pisləşə bilər və təcili tibbi yardım olmadan risk daha da artır.
3. Əlamətlərin keçməsini gözləmək olmaz
İnsult əlamətləri bəzən müvəqqəti azala bilər, lakin bu, təhlükənin keçməsi demək deyil. Dərhal təcili tibbi yardım çağırmaq vacibdir.
Mütəxəssislər vurğulayır ki, insult şübhəsi olduqda vaxt itirmədən təcili yardım çağırmaq həyat qurtara bilər.
Tərcümə: Könül Oruc