Ortoped Luciano Miller səhərlər bel ağrısı ilə oyanmamaq üçün diqqət edilməli əsas məqamları açıqlayıb.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, ilk növbədə düzgün yastıq seçimi vacibdir. Yastıq insanın əsas yatış pozasına uyğun olmalıdır. Bundan əlavə, bədəni tam dəstəkləyən, lakin həddindən artıq sərt olmayan döşəkdən istifadə etmək rahat yuxuya kömək edir.
Mütəxəssis boyun və bel nahiyəsinə əlavə yük yaradan yatış pozalarından uzaq durmağı tövsiyə edir. Yan üstə yatan şəxslərə dizlərinin arasına yastıq qoymaq məsləhət görülür. Bu, ombanın və onurğanın düzgün vəziyyətdə qalmasına kömək edir.
Arxası üstə yatan insanlar üçün isə dizlərin altına yastıq qoymaq tövsiyə olunur. Həkimin sözlərinə görə, bu üsul belin aşağı hissəsinə düşən təzyiqi azaldır və səhər daha rahat oyanmağa imkan verir.
Tərcümə: Könül Oruc