Sağlamlıq
Kardioloq infarkt riskini 85 faiz azaldan
Sağlamlıq
321

Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb

Kardioloq və tibb üzrə fəlsəfə doktoru Zühra Salpaqarova bildirib ki, sadə həyat tərzi dəyişiklikləri miokard infarktı riskini 70-85 faiz azalda bilər.

E-saglam.az  xəbər verir ki, həkimin sözlərinə görə, ilk vacib qayda müntəzəm fiziki aktivlikdir. O qeyd edib ki, həftədə ən azı 150 dəqiqə hərəkət etmək, xüsusilə sürətli gəzinti ürək sağlamlığı üçün faydalıdır.

Kardioloq həmçinin bel ətrafına nəzarətin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, kişilərdə bel çevrəsi 94 santimetrdən, qadınlarda isə 80 santimetrdən çox olmamalıdır.

Mütəxəssis kifayət qədər yuxunun da ürək sağlamlığında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, gündə 7-8 saat yatmaq vacibdir və 6 saatdan az yuxu infarkt riskini artırır.

Salpaqarova xroniki stressin qan təzyiqini və orqanizmdə iltihabı artıraraq ürək-damar xəstəlikləri riskini yüksəltdiyini deyib. Bu səbəbdən iş və istirahət balansını qorumağın vacib olduğunu vurğulayıb.

Həkim həmçinin siqaretdən, o cümlədən elektron siqaretlərdən uzaq durmağı və mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edib.

Kardioloqun sözlərinə görə, ürəyi qorumağın əsas yolu sağlam həyat tərzi, düzgün yuxu, stressin idarə olunması və zərərli vərdişlərdən imtinadır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun