Sağlamlıq
Həkim xolesterolu aşağı salmaq üçün arıqlamağın vacib
Sağlamlıq
68

Həkim xolesterolu aşağı salmaq üçün arıqlamağın vacib olub-olmadığını izah etdi

Terapevt Zarema Ten bildirib ki, düzgün və tədrici arıqlama qanda xolesterol səviyyəsinin azalmasına kömək edə bilər.

E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, xüsusilə qarın nahiyəsində yığılan artıq çəki “yaxşı” xolesterolun (HDL) azalmasına, “pis” xolesterolun (LDL) və triqliseridlərin isə artmasına səbəb olur. Visseral yağ toxuması orqanizmdə iltihabi prosesləri gücləndirir və maddələr mübadiləsini pozur.

Mütəxəssis qeyd edib ki, bədən çəkisinin cəmi 5-10 faizinin azaldılması belə lipid göstəricilərində müsbət dəyişiklik yarada bilər. O, həmçinin bədən kütlə indeksinə (norma 18,5–24,9) və bel çevrəsinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Bu göstərici qadınlarda 80 sm, kişilərdə isə 94 sm-dən çox olmamalıdır.

Həkim xəbərdarlıq edib ki, kəskin pəhrizlər və aclıq orqanizmə zərər verə bilər və əks təsir göstərərək lipid balansını poza bilər. Onun sözlərinə görə, ideal nəticə ayda təxminən 3-5 kq tədrici çəki itkisi ilə əldə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun