Tibbi xəbərlər
İki dəfə kliniki ölüm keçirən şəxs
Tibbi xəbərlər
460

İki dəfə kliniki ölüm keçirən şəxs həyata qaytarılıb

Ağır vəziyyətdə KTM-ə qəbul edilən, 2 dəfə kliniki ölüm keçirən xəstənin həyatı xilas edilib

E-saglam.az xəbər verir ki, 27.08.2024-cü il tarixində 22 yaşlı vətəndaş sirkə turşusundan zəhərlənmə səbəbi ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib.

Xəstəyə qida borusu, mədə-bağırsaq qanaxması, kəskin tənəffüs çatışmazlığı, həmçinin kəskin böyrək çatışmazlığı diaqnozları qoyulub, dərhal zəruri müalicə prosedurları başladılıb.

Həyat əlamətləri kifayət qədər aşağı olan xəstə 2 dəfə kliniki ölüm keçirib.

Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov və həkim-toksikoloq Savad Quliyevanın apardıqları müalicə tədbirləri nəticəsində xəstənin vəziyyəti stabilləşib, həyati təhlükəsi geridə qalıb.

2 aya yaxın davam edən stasionar müalicə prosedurlarından sonra xəstə kafi vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun