Tibbi xəbərlər
İlaxır çərşənbədə tonqaldan tullanan 9 nəfər yanıq xəsarəti alıb
Tibbi xəbərlər
240

İlaxır çərşənbədə tonqaldan tullanan 9 nəfər yanıq xəsarəti alıb

Martın 15-i, İlaxır çərşənbədə 9 nəfər tonqalda yanma ilə bağlı Respublika Yanıq Mərkəzinə müraciət edib.

E-saglam.az xəbər verir ki, Mərkəzdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər yüngül xəsarət aldıqlarına görə ilk yardım göstərilib və evə buraxılıb.

Səhiyyə Nazirliyindən isə qeyd olunub ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çərşənbə tonqalın üzərindən tullanan zaman yanıq xəsarətləri alan 3 nəfər müraciət edib. Onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə aparıblar.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun