Tibbi xəbərlər
İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT
Tibbi xəbərlər
352

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır? - TƏDQİQAT

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “PLOS Digital Health Journal” tibbi nəşrində dərc olunan araşdırmada deyilir.

Tədqiqatçıların hesablamalarına görə, bu altmış dəqiqə ərzində, saat 05:00-dan saat 06:00-a qədər insanlar nə vaxt oyanmasından asılı olmayaraq, əhvali-ruhiyyələrinin daha pis olduğunu bildiriblər.

“Əhvali-ruhiyyə təbii olaraq və yuxudan asılı olmayaraq səhər ən aşağı, axşam isə ən yüksək nöqtədə olur”, - deyə psixiatr və tədqiqatın aparıcı müəllifi Benjamin Şapiro bildirib.

Bunun əksinə, araşdırmalara görə, axşam saat 17:00-da əksər insanların əhvali-ruhiyyəsi daha yüksək olur.

“Biz müəyyən etdik ki, əhvali-ruhiyyə orqanizmin daxili saatı ilə əlaqəli bir ritmə uyğundur və bu saatın təsiri insan oyaq qaldıqca artır", - deyə tədqiqatın baş müəllifi Denni Forger qeyd edib.

Mənbə: rg.ru /oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun