Tibbi xəbərlər
Keçən il icbari tibbi sığorta ilə bağlı Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb
Tibbi xəbərlər
138

Keçən il icbari tibbi sığorta ilə bağlı Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

Keçən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ümumilikdə 216 252 müraciət daxil olub.

E-saglam.az xəbər verir ki, bu barədə Çağrı mərkəzi xidmətinə media nümayəndələri üçün təşkil olunan “Açıq qapı” günündə mərkəzin rəhbəri Nərminə Ramazanova məlumat verib.

"Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 42 694, əlillik məsələləri ilə bağlı xəttinə 12 489, koronavirusla bağlı xəttinə 6471, operator ilə əlaqə xəttinə isə 154 598 müraciət daxil olub. Bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar" - N.Ramazanova əlavə edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun