Tibbi xəbərlər
Koronavirus peyvəndinin istehsalçısı
Tibbi xəbərlər
286

Koronavirus peyvəndinin istehsalçısı gəlirini 31% artırdı

Amerikanın dərman şirkəti və koronavirus peyvəndinin istehsalçısı "Pfizer" bu ilin üçüncü rübündə gəlirini 31% artırıb.

E-saglam.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Hesabat dövründə "Pfizer"in rüblük gəliri 13,49 milyard dollardan 17,7 milyard dollara yüksəlib.

Bu ilin üçüncü rübündə şirkətin xalis mənfəəti isə 4,47 milyard dollar və ya hər bir səhm üçün 0,78 dollar təşkil edib.

Şirkət cari il üçün gəlir proqnozunu 59,5-62,5 milyard dollardan 61-64 milyard dollara qədər yaxşılaşdırıb, mənfəəti isə hər səhmə görə 2,45-2,65 dollardan 2,75-2,95 dollara düzəldib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun