Xəstəliklər
Koronavirusun ən yoluxucu ştammı açıqlandı
Xəstəliklər
29

Koronavirusun ən yoluxucu ştammı açıqlandı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusun ən yoluxucu mutasiyasının adını açıqlayıb.

E-saglam.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, Cenevrədə keçirdiyi brifinqdə bildirib.

ÜST rəhbərinin sözlərinə görə, "delta" ştammı bütün ştammlardan ən çox yoluxucudur. Ştamm 85 ölkədə aşkar edilib və peyvənd olunmayan əhali arasında sürətli templə yayılır.

Tedros Adhanom Qebreyesus vurğulayıb ki, hazırda dünyada koronavirusa yoluxma hallarının artımı qeydə alınır, bu, ölüm faizinin artımına gətirib çıxara bilər./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun