Tibbi xəbərlər
Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb
Tibbi xəbərlər
117

Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb

Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb.

TƏBİB-dən E-saglam.az-a bildirilib ki, tibb personalı növbəlilik prinsipi ilə 7/24 fəaliyyət göstərəcək.

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları Bakı şəhəri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub.

Bundan əlavə, Laçına ötən gün köçən 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.

Xatırladaq ki, TƏBİB tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələri də təşkil edilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun