Tibbi xəbərlər
Liv Bona Dea Hospitalında anadangəlmə ürək qüsurlu 100-dən çox xəstə İTS əsasında
Tibbi xəbərlər
1809

Liv Bona Dea Hospitalında anadangəlmə ürək qüsurlu 100-dən çox xəstə İTS əsasında əməliyyat olunub

Liv Bona Dea Hospitalında anadangəlmə ürək qüsurları olan yeni doğulmuşlardan başlayaraq 18 yaşa qədər olan uşaqların həm invaziv müalicəsi, həm də cərrahi müalicəsini həyata keçiririk. İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində olan bütün xidmətlər burada həyata keçirilir.

E-saglam.az xəbər verir ki, bu sözləri Liv Bona Dea Hospitalının uşaq ürək-damar cərrahiyyəsi uzmanı Şiraslan Baxşəliyev mediatur zamanı jurnalistlərə açıqlamasında deyib. 

Ş.Baxşəliyev bildirib ki, bu günə qədər hospitalda anadangəlmə ürək qüsurlu 100-dən çox xəstəyə müxtəlif əməliyyatlar, o cümlədən anjularla qapalı ürək əməliyyatları həyata keçirilib:

“Mən artıq il yarımdır ki, bu hospitalda fəaliyyət göstərirəm. Bütün xidmətlər İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi əsasında keçirilir. Bundan əlavə, keçən ildən etibarən anadangəlmə ürək qüsurları ilə əlaqədar Dövlət Proqramı da Liv Bona Dea Hospitalında təsdiq olunub. İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində olmayan xidmətlər də Dövlət Proqramı əsasında həyata keçirilir”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun