Tibbi xəbərlər
Mərkəz direktoru: "Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb"
Tibbi xəbərlər
202

Mərkəz direktoru: "Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb"

Ötən il Azərbaycanda qeydiyyata alınan narkotik istifadəçilərinin sayı açıqlanıb.

E-saglam.az-ın xəbərinə görə, Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib ki, əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur.

"Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib", - o vurğulayıb.

O.Cəfərov deyib ki, Azərbaycanda narkomaniya xəstəliyinə düçar olan qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır: "Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb. Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun