Tibbi xəbərlər
Mərkəzi Gömrük Hospitalına yeni rəis müavini təyin olunub
Tibbi xəbərlər
98

Mərkəzi Gömrük Hospitalına yeni rəis müavini təyin olunub

Mərkəzi Gömrük Hospitalına yeni rəis müavini təyin olunub.

E-saglam.az xəbər verir ki, Nabil Seyidov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, tibb sektorunda 21 il, o cümlədən ictimai səhiyyə sektorunda 9 ildən artıq iş təcrübəsinə malikdir. N.Seyidov Azərbaycan Tibb Universitetini 2002-ci ildə fərqlənmə ilə bitirdikdən sonra Moskva şəhərində A.Bakulev adına Ürək-Damar Cərrahiyyəsi üzrə Elmi Mərkəzdə klinik ordinaturanı, daha sonra aspiranturanı bitirib.

O, 2009-2010-cu illərdə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində daxili xəstəliklər üzrə internatura, 2011-2012-ci illərdə isə Vaşinqton ştatının Sietl şəhərində ümumi cərrahiyyə, travmada təcili və təxirəsalınmaz yardım, yanıqlar və kardio-vaskulyar cərrahiyyə üzrə 1 il internatura və beynəlxalq mütəxəssislər üçün xüsusi sertifikatlaşdırılmış ixtisasartırma kursu keçib.

ABŞ-dan qayıtdıqdan sonra Azərbaycanda müxtəlif özəl tibb müəssisələrində kardioloq və həkim terapevt kimi fəaliyyət göstərmişdir. 2014-cü ildən isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində həkim-metodist, şöbə müdirinin müavini və 2018-ci ildən şöbə müdiri vəzifələrində çalışıb. 2018-2019-cu illər ərzində isə Səhiyyə nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri işləyib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun