Tibbi xəbərlər
Mioması olan qadınlar hamilə qala bilərmi?
Tibbi xəbərlər
784

Mioması olan qadınlar hamilə qala bilərmi?

"Miomalar (xüsusilə böyük ölçüdə olanlar) uşaqlıq boşluğunu deformasiya edir, uşaqlıq borularını sıxır və nəticədə spermatozoidlərin hərəkətini çətinləşdirir".

Bu sözləri E-saglam.az-a açıqlamasında cərrah-ginekoloq Pərvin Mikayılzadə deyib.

O, bildirib ki, mioması olan qadınlarda hormonal fon pozulmuş olur ki, bunun nəticəsində qadında ovulyasiya baş verməyə bilər. Bu amillər qadında sonsuzluğa gətirib çıxara bilər: "Lakin uşaqlığın əzələ qatında yerləşən kiçik miomalar adətən hamiləliyin baş verməsinə və onun gedişatına mane olmur. Həkimlər mioması olan qadınlara hamiləliyin planlaşdırılması mərhələsində miomanı müalicə etmək və ya bəzi hallarda hamiləlikdən əvvəl miomanı xaric etməyi tövsiyə edirlər. Miomanın xaric olunmasından 6 ay sonra qadın hamiləliyi planlaşdıra bilər".

Belə pozulmaların olma riski bu kimi hallarda artır:

Mioma böyük olduqda (7 sm-dən artıq),
Mioma uşaqlıq boynuna yaxın yerləşdikdə,
Qadında bir neçə miomatoz düyün olduqda,
Cift miomaya yaxın yerləşdikdə.

Ginekoloq qeyd edib ki, mioması olan qadın hamiləliyin əvvəlindən sonuna kimi həkimlərin nəzarətində olmalı, fiziki gərginliklərdən və streslərdən uzaq durmalı, kifayət qədər yatmalı və dincəlməli, yaxşı qidalanmalıdır.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun