Tibbi xəbərlər
Naxçıvanda QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb
Tibbi xəbərlər
174

Naxçıvanda QİÇS-lə Mübarizə Mərkəzi yaradılıb

Naxçıvan Muxtar Respublikasında səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisəsi yaradılıb.

E-saglam.az bildirir ki, bu barədə "Report"un yerli bürosu xəbər verir.

Yeni yaradılan tibb müəssisəsi Naxçıvan Muxtar Respublikasının QİÇS-lə Mübarizə Mərkəzidir.

Qurum Naxçıvanda QİÇS-lə mübarizə sahəsində, QİÇS-lə müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparacaq.

ELəcə də mərkəz QİÇS-ə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrıseçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və digər dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun