Tibbi xəbərlər
Nazirlik meymunçiçəyi virusu üçün PCR kitləri alır -
Tibbi xəbərlər
260

Nazirlik meymunçiçəyi virusu üçün PCR kitləri alır - 100 mindən çox pul ödəyəcək

Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Labservis LTD” MMC olub.

E-saglam.az xəbər verir ki, nazirlik meymunçiçəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün PCR kitlərinin satın alınmasına görə “Labservis LTD” MMC-yə 106 min 554 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Labservis LTD” MMC 6 aprel 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 81, m. 2-də yerləşən “Labservis LTD”nin nizamnamə kapitalı 2 400 manat təşkil edir. “Labservis LTD”in qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.

Qeyd edək ki, Şahbazova Roza Qafar qızının qanuni təmsilçi olduğu başqa bir şirkət - "Eurolab” MMC-dir. Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 88 ünvanında yerləşən "Eurolab” MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir. (yeniavaz.com)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun