Tibbi xəbərlər
Nigar Klinikası ilə vergi orqanı arasında
Tibbi xəbərlər
255

Nigar Klinikası ilə vergi orqanı arasında 51 minlik mübahisə

Nigar Klinikası Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.

E-saglam.az Valyuta.az-a istinadən xəbər verir ki, tərəflər arasında vergi məsələlərinə dair mübahisə yaranıb. İş hazırda apellyasiya mərhələsindədir.

Klinikanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Aprelin 15-nə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib. Araşdırmalarımız zamanı məlum olub ki, Nigar Klinikasına 51 236,77 manat vergi borcu hesablanıb.

Qeyd edək ki, Nigar Klinikası vergi sistemində "Nigar Klinikası" MMC kimi qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Seyidov Sərdar Ağamir oğludur. 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun