Böyük Britaniya alimləri Omikrona təkrar yoluxma riski barədə açıqlama verib.
Onlar Deltaya nisbədən bu ştamma yoluxma riskinin 5-6 dəfə çox olduğunu bildirir.
E-saglam.az xəbər verir ki, alimlər Omikrona yoluxduqdan sonra orqanizmdə yaranan antitellərin Delta variantından qoruduğunu mümkün sayır.
Omikron daha yoluxucu, amma daha az patogendir. Koronavirusa yoluxub sağalanlarda hazırda müdafiə səviyyəsi cəmi 20%-dir.
Omikron dekabrdan Avropa və Amerikada yayılır. Amma Cənubi Afrika alimləri bildirir ki, noyabrdan bu yana ölkədə Omikrona 2-3 dəfə yoluxan xəstələr var.
Amma Omikrondan sonrakı immunitet əvvəlki ştamlardan qat-qat yaxşıdır və Deltadan qoruyur./medicina.az/