Tibbi xəbərlər
Ötən ay 18 aptekdə yoxlama aparılıb,
Tibbi xəbərlər
351

Ötən ay 18 aptekdə yoxlama aparılıb, 3-də nöqsan aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında 18 aptekdə yoxlama aparıb.

E-saglam.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb. 

Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla, 16 aptekdə planlı, 2 aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.

Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun