Tibbi xəbərlər
Ötən ay apteklərdə 12 planlı, 3 plandankənar
Tibbi xəbərlər
300

Ötən ay apteklərdə 12 planlı, 3 plandankənar yoxlama aparılıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi noyabr ayı ərzində 15 aptekdə yoxlama aparıb.

Bu barədə E-saglam.az-a Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, Bakı şəhəri üzrə 4, respublikanın digər şəhər və rayonlarında isə 11 aptek olmaqla, 12 aptekdə planlı, 3 aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1 və 452.3 maddəsi üzrə protokollar tərtib edilib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun